Rusiyanın xarici işlər nazirinin müavini Sergey Riyabkov deyib: Amerika Birləşmiş Ştatları yaxın gələcəkdə keçiriləcək Cenevrə-2 Konfransı üçün ön şərt və möhlət təyin etməməlidir.
o sonra deyib: Vaşinqton rəsmiləri Bəşşar Əsədin Suriyanın prezident seçkilərindən kənara çəkilməsi xüsusiyyət təşkil etməklə hər cür ön şərt irəli sürməkdən çəkinməlidirlər.
Rusiyanın xarici işlər nazirinin müavini sonra deyib: Suriya müxaliflərinin yalnız bir hissəsi tərəfindən irəli sürülən bu istək, hər cür razılaşmaya çatmaq qarşısında ciddi bir maneədir.
Sergey Riyabkov həmçinin deyib: Rusiya, Amerikanın müxtəlif suriyalı müxalif qruplara təsir etmə sahəsində lazımi fəaliyyətlə göstərmədiyi qənaətindədir. Bu da qeyd edilən qrupların nümayəndələrinin bu konfransda iştirak etmək məqsədilə daxil olmalarını sual altına aparıb.
Birinci Cenevrə Konfransı BMT, Ərəb Liqası başçıları, Rusiya, Amerika, İngiltərə , Çin, Fransa, Türkiyə, İraq, Küveyt və Qətərin xarici işlər nazirləri habelə Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun iştirakı ilə öncələr keçirildi və bu konfransda tövsiyə edildi ki, Suriyada bütün toqquşan tərəflərin iştirakı ilə keçid hökuməti təşkil edilsin.
Amerika və Rusiyanın xarici işlər nazirlərinin son iclasından sonra Cenevrə-2 konfransının keçirilməsi də qərara alınsa da, aralarında kəskin fikir ayrılıqlarına malik olan suriyalı müxalif qruplar indiyə qədər bu konfransda iştirak etmək haqda razılıq əldə edə bilməyiblər.