İran İslam Respublikasının neft naziri İranın müştərək neft və qaz yataqlarından hasilatın əldə olunması üçün əlindən gələni edəcəyindən xəbər verib.
Bijən Namdar-Zəngəne çərşənbə axşamı günü gecə İranın ikinci telekanalı ilə müsahibədə deyib: Neft Naziriliyi qaz məsələsində İran İslam Respublikasının mövqeyini yüksəltmək və müştərək yataqlardan maksimum hasilat əldə etmək və öz ehtiyatlarından maksimum və mütənasib istifadə ilə daxili rifah və sərvəti artırmaq üçün əlindən gələni edəcəkdir.
Zəngəne İranın ən iri neft və qaz yataqlarına malik olduğuna işarə edərək, deyib: Bu məsələ böyük bir vasitədir ki, dünya ona göz yuma bilməz. Bu səbəbdən, dünya xalqları gözləyirlər ki, müəyyən formada sanksiyalar azalsın və fəaliyyət üçün İrana gəlsinlər.
İranın neft naziri əlavə edib: İran qərar üzrə İraqa, Omana və Birləşmiş Ərəb Əmirliklərinə qaz ixrac etməlidir, həmçinin Türkiyə vasitəsi ilə Avropaya qaz köçürə bilər.