BMT baş katibi deyib: Suriya böhranı ilə əlaqədar bütün regional və beynəlxalq tərəflər İran İslam Respublikasının iştirakını vurğulayıblar. Çünki İranın əsaslı rolu vardır və BMT İranın Cenevrə-2 konfransında iştirakını dəstəkləyir.
İran xarici işlər nazirinin ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan BMT baş katibi ilə görüşərək danışıqlar aparıb.
BMT baş katibi həmçinin ötən 3 ildə Suriya xalqına humanitar yardımlar etməsinə görə İran İslam Respublikasını alqışlayaraq region proseslərində təsiredici və əsaslı ölkə olaraq İslam Respublikasının rolunu müsbət adlandırıb.
İran xarici işlər nazirinin ərəb və Afrika ölkələri məsələləri üzrə müavini də bu görüşdə İraq və Əfqanıstan böhranının həllində İranın konstruktiv roluna toxunaraq İslam Respublikasının Suriya xalqına köməklik etmək və bu ölkədəki zorakılıqların azalmasına yardım etməyə hazır olduğunu bildirib.
Əmi Abdullahiyan həmçinin Cenevrə-2 Beynəlxalq konfransında İran İslam Respublikasının ilk şərt olmadan iştirak üçün hazır olduğunu bildirərək əlavə edib: İranın qənaətincə, Suriya böhranının yalnız siyasi həll yolu vardır. Suriyada terrorizm və ifratçılıq fenomeninin qarşısının alınması və bütün tərəflərin siyasi həll yoluna sadiq qalması və suriyalı-suriyalı danışıqların icra olunması bu məsələdə uğurun əldə olunmasının şərtidir.
İran xarici işlər nazirinin müavini Suriyanın daxili məsələlərində istənilən müdaxiləni qəbuledilməz adlandırıb və əlavə edib: Bu ölkə xalqı müqəddəratın təyin olunmasında əsas qərar çıxaran tərəfdir.
