DünyaXƏBƏRLƏR

Quantanamo məhbusları aclıq aksiyası keçiriblər

Quantanamo məhbusları müqəddəs Quran-Kərimin yığışdırılmasına etiraz olaraq aclıq aksiyası keçiriblər.

Press TV-nin məlumatına görə, Quantanamo həbsxanası məsul şəxsləri bildiriblər ki, bir qrup məhbus bazar ertəsi günü bu həbsxana məmurları tərəfindən Quranın yığışdırılmasına etiraz olaraq aclıq aksiyası keçirib.

Quantanamo məhbusları həmçinin bu həbsxana məmurları tərəfindən şəxsi vasitələrinin müsadirə olunmasına etiraz ediblər.

Quantanamo məhbuslarının vəkilləri bildiriblər: Bu həbsxananın bütün məhbusları xəstə və yaşlılar istisna olmaqla aclıq aksiyası keçirirlər.

Quantanamoda insan haqlarının pozulması ilə bağlı bir çox hesabatlar yayılmaqdadır.

ABŞ prezidenti Barak Obama 2008-ci il prezident seçkisində bu həbsxananın fəaliyyətinin dayandırılmasını vəd etmişdi. Lakin onun 2-ci dövr prezidentliyə başlamasına baxmayaraq, hələ də Quantanamo həbsxanası fəaliyyət göstərir və bu həbsxanada insan haqları pozulmaqdadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu