Londonun Metropoliten Universitetinin müəllimi vurğulayıb: Amerikanın azad etdiyi məhbusların bir qismi sonradan terrorçu qrupların hərbi komandiri olubdur.
Sami Rəməzani Press TV ilə müsahibədə İŞİD rəhbərləri haqda deyib: Amerikanın Quantanamo məhbəsinin məhbuslarından bir qrupu da azadlıqdan sonra Liviyaya gedib və bu ölkədə bəzi pozğun qrupların rəhbərliyini öz üzərinə götürübdür. Deməli, Amerikanın azad etdiyi bəzi məhbuslar sonralar terrorçu təşkilatların baş komandirlərinə çevriliblər. Bu qəbildən, terrorçu İraq Şam İslam Dövlətinin rəhbəri- Əbu Bəkr Əl-Bəğdadi də bir neçə il İraqda amerikalı hərbçilərin həbsində olub və azalıqdan sonra İŞİD-in rəhbərliyini üzərinə götürübdür.