Terrorçu Ənnüsrə dəstəsi Suriyanın şərqində yerləşən Deyr-Zur şəhərində yeni bir cinayətə imza atıb və onlarla şiəni qətlə yetirib.
Ənnüsrə terror dəstəsinin üzvləri Deyr-Zur şəhərində onlarla nəfəri qətlə yetirib, cəsədlərini doğrayıblar.
Ənnüsrə terror dəstəsi Homs vilayətində yerləşən əl-Qüsəyr şəhərindəki məğlubiyyətin intiqamını almaq üçün belə bir çirkin addımı atıb.
Mərkəzi qərargahı Londonda yerləşən və müxalif qüvvələrin tərəfdarı olan Suriya İnsan Haqları Gözətçisi Təşkilatı bildirib ki, silahlı hücumçular şiə olduqları üçün 60 nəfəri Deyr-Zurda qətlə yetiriblər.
Bu məlumata görə, Hətla məntəqəsinin sakinləri bu hadisənin ardınca məntəqəni tərk etməyə başlayıblar.