BəhreynXƏBƏRLƏR

Bəhreyn dünən də Ali-Xəlifə rejiminə qarşı aksiyaların şahidi olub

Bəhreyn dünən də siyasi məhbuslarla həmrəylik məqsədilə Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyalarının şahidi olub.

Sitrə adası habelə, Buri və Bəni Cəmrə məntəqələrinin sakinləri etiraz aksiyalarında iştirak edərək, Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifənin hakimiyyətdən getməsini tələb ediblər.
Aksiya iştirakçıları həmçinin, həbs edilənlərin günahsız olduqlarını bildirərək, İnqilab şəhidlərinin yolunu davam etdirəcəklərini vurğulayıblar.
Kərzəkan və Kərbabad məntəqələrinin sakinləri də “Dağıdıcı İnqilab Həssas Məqamda” şüarı ilə aksiya təşkil edib və 15 iyunda keçirilməsi nəzərdə tutulan “Həlledici Məqam 3” aksiyalarında iştiraka hazırlıqlarını elan ediblər.
Aksiya iştirakçıları hakim quruluşun devrilməsini istəyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu