Avropa Birliyi Şurasının sədri Herman Van Rampoy Nyu-Yorkda BMT Baş Assambleyasının Sessiyasının kənarında İran prezidenti ilə görüşdə deyib: Ümid və etimad sizin sözlərinizdə olan iki açar kəlimdir və biz nüvə enerjisindən sülhsevər hədəflər üçün istifadə də İran xalqının hüququnun qorunmasına hazırıq.
Bu məlumata görə Höccətülislamvəlmüslimin Həsən Ruhani bu görüşdə İranla Avropa arasındakı tarixi əlaqələrə işarə edərək, bütün iqtisadi, mədəni və siyasi sahələrdə İranla Avropa Birliyi arasındakı əlaqələrin daha artıq genişləndirilməsi zərurətinə təkid etdi.
İran prezidenti deyib: Nüvə mövzusunda İran haqda ayrı-seçkiliyin tətbiq edilməsini istəmirik və bu haqda bərabər hüquqa malik olmaq istəyirik.
Cənab Ruhani İran İslam Respublikasının özünün sülhsevər nüvə fəaliyyətlərini gizlətmək ardınca olmadığını bildirərək, deyib: İranın bütün nüvə fəaliyyətləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır.Səhər kanalının internet saytının məlumatına görə,İran prezidenti deyib: kütləvi qırğın silahları İran İslam Respublikasının müdafiə doktrinasında heç bir yerə malik deyil və biz qeyri-normal silahların qurbanıyıq.
Bu görüşdə Avropa Birliyi Şurasının sədri də İranın regiondakı mühüm roluna işarə edərək, deyib: Suriya məsələsi haqda İranın nigaranlıqlarını başa düşürük, buna görə bizim üçün də siyasi həll yolu prioritet təşkil edir.