Tehranın bu həftəki müvəqqəti cümə namazının xətibi Cenevrə nüvə müzakirələrində İranın nüvə müzakirəçi heyətinin İran xalqının mənafeyinin qorunması çərçivəsində sayıqlığı və addım atmasının vacibliyini vurğulayıb.
Tehranın bu həftəki cümə namazının müvəqqəti xitabətçisi Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani Cenevrədə İranın nüvə müzakirələri barəsində aparılan danışıqlara toxunaraq deyib: İranın müzakirəçi heyəti müzakirələrdə inqilab dəyərləri və islami izzəti prioritet qərar verməlidir.
“İran xalqı nüvə danışıqlarında tam şəffaflığı tələb edir” deyə Ayətullah Müvəhhidi Kirmaninin sözlərinə görə, İranın nüvə müzakirəçi heyəti qarşı tərəfin tamahkarlığı qarşısında sayıqlıqla addım atmalıdır.
Ayətullah Müvəhhidi Kirmani həmçinin Suriya böhranı barəsində Cenevrə-2 konfransında İranın iştirakına ABŞ-ın qarşı çıxması ilə əlaqədar söyləyib: İran İslam Respublikası kimi böyük və təsiredici ölkənin şənində deyil ki, bu konfransdan kənarda qalsın.
Tehranın cümə namazının xətibi islam ölkələri, xüsusilə də İraq və Suriyada təkfirçi terrorçuların nəhs fəaliyyətlərinin artmaqda olan cinayətlərinə münasibət bildirərək deyib: Bu cinayətkarların əsas mahiyyətini bütün dünyaya aşkarlamaq islam dünyası alimləri və ruhaniləri və bütün azadlıq sevər insanların vəzifəsidir.
“Bəzi ərəb ölkələrində hakimlərin şiələrə qarşı mənfi təbliğatları nəticəsində şiələrin kütləvi qırğını hazırkı əsrdə təkfirçilərin cinayətlərindən biridir” –deyə Ayətullah Müvəhhidi Kirmani söyləyib.
Ayətullah Müvəhhidi Kirmani həmçinin Suriya ordusunun bu ölkənin bir çox hissəsini təkfirçi terrorçulardan təmizləmək üzrə uğurları, eləcə də İraq xalqı, xüsusilə də köçərilərin Qərbi əl-Anbar vilayətində bu terrorçularla mübarizə aparmaq üçün bu ölkə ordusuna qoşulmasına toxunaraq ümidvarlıq edib ki, Suriya və İraq xalqlarının səyləri ilə stabillik və dinclik bir daha bu ölkələrə qayıdacaq.