Livan prezidenti İranın yeni seçdiyi prezidenti Doktor Həsən Ruhani ilə telefon əlaqəsi saxlayaraq, onu İran xalqının yeni prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Mişel Süleyman deyib: Biz sizə ümid bağlamışıq ki, sizin yardımınızla region hazırkı vəziyyətdən çıxsın və biz , region xüsusilə Suriyanın xilası uğrunda sizin və təşkil edəcəyiniz hökumətinizin təfəkkür və siyasətlərinizə ümid bağlamışıq.
Doktor Ruhani də Livan prezidentinə xitabən onun telefon əlaqəsi qurması və təbrik müraciətinə görə təşəkkürünü bildirərək, deyib : İran İslam Respublikasının siyasəti region xalqları və dövlətlərinə yardım etməkdir və region xüsusilə Suriya problemlərinin aradan qaldırılması üzrə həll yolunun hərbi yol olmadığı qənaətindəyəm. Suriyada atəşkəsə zəmin hazırlamağa çalışırıq ki, qırğınların qarşısı alınsın.