LivanXƏBƏRLƏR

Livan sionist rejimdən BMT-yə şikayət edir

Livan prezidenti Mişel Süleyman bu ölkənin xarici işlər nazirindən Livanın hava zolağının pozulmasına görə İsrail rejimindən BMT-yə şikayət etməsini istəyib.

Sionist qırıcı təyyarələr daim Livanın hava zolağını pozur və son aylar ərzində bir neçə dəfə Suriyadakı mövqelərə hücumlar ediblər. Bu hücumlardan bəzisi Livan hava zolağından həyata keçirilib.

BMT may ayında İsrail rejimindən Livanın hava zolağında hərbi hava uçuşlarını dayandırmasını istəyib.

BMT-nin sözçüsü Martin Nesirski bildirib: YUNİFEL adlanan BMT-nin Livandakı müvəqqəti qüvvələri İsrail təyyarələrinin Livanın hava zolağında uçuşlarının artmasından şikayət ediblər.

Nesirski əlavə edib: İsrailin Livanın hava zolağında uçuşlar həyata keçirməsi bu ölkənin hakimiyyət hüququ, eləcə də BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması mənasındadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu