İraqXƏBƏRLƏR

İraqda 54 əl-Qaidə terrorçusu yaxalanıb

İraq ordusu əl-Qaidə terrorçu qruplaşmasının 54 üzvünü, o cümlədən 3 İordaniya vətəndaşını həbs edib.

Bu terrorçular Suriya ərazisindən qaçaraq İraqa keçibmişlər.

Suriyanın SANA Xəbər Agentliyinin məlumatına görə, İraqın Terrorizmlə Mübarizə Təşkilatının əməkdaşları 2 müxtəlif əməliyyat zamanı 2 terror dəstəsinin üzvlərini ələ keçiriblər.

Bomba quraşdırılmış avtomobillər vasitəsi ilə terror aktları törədən 1-ci dəstənin 16 üzvü olub.

10 üzvə malik olan digər dəstə isə İraqın neft təsisatlarında partlayış törətməkdə ittiham olunur.

İraqın təhlükəsizlik qüvvələri Səlahəddin vilayətinin əl-Səmiyyə və Yəsrib məntəqələrində daha 25 terrorçunu həbs ediblər.

İraqın sərhəd qoşunları isə Suriyadan qaçaraq İraq ərazisinə keçən 3 iordaniyalı terrorçunu həbs edib.

Həmçinin İraqın sərhəd qoşunları əl-Vəlid sərhəd məntəqəsində terror aktının törədilməsinə mane olub. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında çıxan silahlı toqquşmada bir polis zabiti həlak olub, daha 2 polis əməkdaşı isə yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu