AsyaXƏBƏRLƏR

Rusiyada icra hakimi həbs olundu

Rusiyanın Şimali Qafqaz şəhərlərindən birində icra hakimi qətldə iştirak ittihamı ilə həbs olunub.

Rusiya Təhqiqat Komitəsinin sözçüsü Vladimir Markin şənbə günü bildirib: Dağıstan Muxtar Respublikasının mərkəzi Maxaçqalanın icra hakimi Əmirov bir müstəntiqin qətlində iştirak etmək ittihamı ilə həbs olunub.

Bu cinayət işinin müstəntiqlərinin sözlərinə görə Əmirov 2011-ci il dekabr ayında Rusiya Təhqiqat komitəsinin yerli ofislərindən birinin sədr əvəzi Arsen Qajibekovun qətlini planlaşdırıb və icra edib.

Bu məlumata görə, Əmirov başqa 10 şübhəli ilə birlikdə dindirilmək üçün Moskvaya göndərilib.

Əmirov 1991-1998-ci illərdən Dağıstan baş nazirinin müavini vəzifəsində çalışıb.

O 1998-ci ildən Maxaçqalanın icra hakimidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu