AsyaDünyaİranXƏBƏRLƏR

İran, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilər

Tacikistanda xəbər qaynaqları İran, Hindistan və Pakistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağını yazdı.

Şanxay Əməkdaşlıq Təşkilatı İcra Komitəsi İran, Hindistan və Pakistana göndərdiyi yazılı elanda, təşkilatın 12 və 13 Sentyabrda Duşanba’da keçiriləcək liderlər zirvəsində təşkilata üzvlük tələbləri qəbul ediləcəyini bildirdi.

Hindistan rəhbərliyindən bir səlahiyyətli Tacikistan mediasına verdiyi açıqlamada, sammitin dəvətnaməsi ilə birlikdə daimi üzvlük tələblərinin qəbul edildiyinə dair bir yazı da aldıqlarını ifadə etdi.

Tacikistan mediası, söz mövzusu üç ölkənin bundan əvvəl təşkilatın oturumlarına müşahidəçi üzv sifəti ilə qatıldıqlarını qeyd etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu