İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif və onu regional, o cümlədən Rusiyaya səfərdə müşayiət edən siyasi və parlament heyəti Tehrana dönüb.
İranın xarici işlər naziri səfər proqramı çərçivəsində Moskvaya bir günlük səfərində Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşərək ikitərəfli münasibətlər və iki ölkəni maraqlandıran bəzi regional və beynəlxalq məsələlər, o cümlədən Suriya böhranı barəsində fikir mübadiləsi aparıb.
Bundan öncə Livan, İraq, Suriya və İordaniya rəsmiləri ilə məsləhətləşmələr aparan Məhəmməd Cavad Zərif cümə axşamı günü Moskvada Putin və Lavrovla görüşdə Tehran-Moskva əməkdaşlıqlarının genişləndirilməsini vurğulayaraq deyib: Regional məsələlərin həlli İran və Rusiyanın münasib iştirakını tələb edir.
İranın xarici işlər naziri həmçinin Rusiyaya səfərinin sonunda Rusiya ekspertləri və ziyalıların bir qrupu ilə görüşərək Tehran-Moskva münasibətləri barəsində fikir mübadiləsi aparıb.
Zərif Rusiyaya bir günlük səfərində həmçinin Rusiya və Suriya xarici işlər nazirləri ilə üçtərəfli iclasda iştirak edib.
İranın xarici işlər naziri Moskvanı tərk etməzdən öncə Rusiya əl-Youm telekanalı ilə eksklüziv müsahibədə deyib: Bəzi tərəflər tərəfindən irəli sürülən Suriya prezidenti Bəşşar Əsədin istefası şərti qəbuledilməzdir.
“Bəzi tərəflərin Cenevrə müzakirələrinə başlamaq üçün ilkin şərtlər sürmələri çox təhlükəlidir. Çünki Suriya xalqından başqa heç bir ölkənin Suriyada baş verən məsələlərlə əlaqədar təyinedici rolu oynamağa haqqı yoxdur. Suriya xalqına bəzi məsələləri zorla qəbul etdirmək istədikləri halda, gec-tez bu proses məğlubiyyətə uğrayacaqdır” –deyə Zərif əlavə edib.
İranın xarici diplomatiya idarəsinin rəhbəri söyləyib: Cenevrə-2 konfransı Suriya xalqı və gələcəyi ilə maraqlanan bütün suriyalı tərəflərin müzakirələrinə zəmin yaratmalıdır.
İranın xarici işlər nazirinin sözlərinə görə, Suriya böhranı ilə əlaqədar məsələlərin müzakirəsi cümə axşamı günü Rusiya prezidenti və xarici işlər naziri ilə görüşlərdə də davam etdirildi və Cenevrə-2 konfransında aktiv və konstruktiv iştirak üçün Moskva, Tehran və Dəməşq arasında yaxşı koordinasiyalar mövcuddur.
İran xarici işlər naziri bildirib: İran region və regiondan kənar ölkələrin Suriyada öz strateji məsələlərini həll etmək ardınca olmamaları qənaətindədir.
Zərif xatırladıb: Suriyada ifratçıların rəftarı və davranışının müxtəlif cəhətlərinin aşkar olunduğunu və bu məsələnin beynəlxalq ictimaiyyəti və region ölkələrinin nigaranlığına səbəb olduğunu nəzərə aldıqda Suriya məsələsi qarşılığında reallıq formalaşmaqdadır.