AsyaDünyaİranXƏBƏRLƏR

Məzhəbi fitnəkarlıq və ifratçılıqla mübarizə vacibliyi

İranın xarici işlər naziri öz regional səfərinin davamında İordaniyaya etdiyi səfərində bu ölkənin baş naziri ilə iki ölkəni maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıb.

Məhəmməd Cavad Zərif regionun durumunu həssas adlandırıb və on birinci dövlətin xarici siyasət kursunu şərh edərək, məzhəbi fitnəkarlıq və ifratçılıqla mübarizə vacibliyini vurğulayıb və belə əlavə edib: Müxtəlif ölkələrin həmkarlığı ilə elə həll yollarına doğru hərəkət etmək lazımdır ki, terrorizmin inkişaf edib, genişlənməsi imkanı aradan götürülsün.
İordaniyanın baş naziri də bu görüşdə iki ölkə əlaqələrində mövcud olan maraqlar və ortaqlıqlara işarə edərək, əlaqələrin daha da dərinləşməsi və genişlənməsini diqqət mərkəzində saxlayıb.
O, İran İslam Respublikasının regiondakı təsirli roluna görə, iki ölkənin ikitərəfli miqyaslarda əməkdaşlığını mühüm dəyərləndirib.
Doktor Zərif iordaniyalı rəsmilərlə görüşlərinin davamında öz iordaniyalı həmkarı- Nasir Cudə ilə görüşüb. İranın xarici işlər naziri regionda mövcud olan problemlərə əsasən, ifratçılıq və məzhəbi fitnəlkarlıqdan qaynaqlanan problemlərə və Suriya böhranına, eləcə də bütün İslam Dünyasında əsaslı problem kimi Fələstin məsələsinə işarə edib və bu ortaq problemə görə, region ölkələrinin müştərək addımlar atmaları vacibliyini vurğulayıb.
İordaniyanın xarici işlər naziri- Nasir Cudə də bu görüşdə iki ölkə rəsmilərinin təmas və əlaqələrinin genişləndirilməsini mühüm dəyərləndirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu