LivanXƏBƏRLƏR

Livanın Maruni kilsəsinin baş yepiskopunun regionda xristianların irsi barədəki baxışı

Livanın Maruni kilsəsinin baş yepiskopu deyib: Misir, Suriya və digər region ölkələrindəki hazırkı olaylar xristian irsini tam məhvolma qarşısında qoyubdur.

Livanın Maruni kilsəsinin baş yepiskopu- Bəşşarə Əl-Rai cümə günü Vatikan radiosu ilə müsahibədə qeyd edib ki, cari region hadisələrinə görə, xristianların min dörd yüz illik nailiyyətləri hazırda tam məhv olmaqdadır.
Bəşşarə Əl-Rai söyləyib: Qərb ölkələri iqtisadi maraqlara görə, ərəb dünyasının dağıdılması planını izləyirlər və
bu çərçivədə islam ölkələrində din və tayfa qarşıdurmalarının qızışdırılması dəyərləndirilə bilər.
Livanın Maruni kilsəsinin baş yepiskopu bildirib ki, Yaxın Şərq məntəqəsindəki bir ölkədə hərc-mərclik olarkən dəlilsiz olaraq, xristianlara hücum edilibdir.
Bu gün bəzi ərəb və qərb ölkələri tərəfindən dəstəklənən Suriyadakı terrorçular bu ölkənin infrastrukturlarını dağıtmaqdan əlavə, müxtəlif dini qruplara da hücum ediblər.
Suriyada xristian din xadimlərinin terrorçular tərəfindən oğurlanmaları və həmin ölkədə xristianların dini məkanlarına hücumlar hegemonçu ölkələrin amillərinin əli ilə bəzi region ölkələrində xristianların hədəfə alınmalarının təkcə bir nümunəsidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu