Əgər bir zaman biz pasdarların(Sepah) silahı Kalaşnkiov və J-3 idisə, bu gün minlərlə raket istənilən hədəfi məhv etməyə hazırdır.
İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi general Hüseyn Səlami Tehran məntəqəsi üzrə Sepah-ın bəsici qüvvələrinin böyük toplantısında deyib: Ötən 35 ildə İran tarixi istənilən ölkənin tarixi ilə müqayisədə müttəqilər ağası Əli(ə)-ın yolunda qəhrəmanlıqlar yaradan insanlarla dolu olub.
Səlami əlavə edib: Bu gün qüdrət balansı dəyişib və biz iqtidarın zirvəsindəyik.
Sepah-ın baş komandan daha sonra deyib: Biz ölkəmizin bütün sahələrdə o cümlədən hərbi-müdafiə sənayesində müstəqilliyinin şahidiyik və dünya da bunu etiraf edir. Biz kosmosu da ələ keçirmişik və heç bir qüdrətdən də asılı deyilik.