SuriyaXƏBƏRLƏR

Ərəbistan qəzeti bu ölkə gənclərinin Suriyaya ezam olunmasını tənqid edib

Ərəbistan qəzeti bir məqalədə Ərəbistanın ifratçı gənclərinin Suriyada Bəşşar Əsəd hökumətinə qarşı döyüşmək üçün ezam olunmasını tənqid edərək bu ölkə gənclərindən Suriya yerinə xarici universitetlərdə təhsil almağa getmələrini istəyib.

Hərçənd ki, bütün müsəlmanlara Suriya xalqına kömək etmək lazımdır. Lakin ərəbistanlı gənclərin Suriya torpağında Bəşşar Əsəd hökuməti ilə mübarizə aparmaq üçün iştirakı sual doğurucudur. Hansı səbəbə görə ərəbistanlı gənclər Suriyada ön cəbhədə mübarizə aparırlar?

 

Məqalə müəllifi ərəbistanlı gənclərin Əfqanıstan və İraq müharibələrindəki təcrübəsini xatırladaraq onlardan keçmişdən dərs almalarını və ölüm yerinə Allah yolunda yaşamağı seçmələrini, eyni zamanda Suriya hökuməti ilə mübarizə aparmaq istiqamətində Türkiyəyə və oradan da Suriyanın toqquşma bölgələrinə ezam olunmaq üçün onları təşviq edən qruplarla əməkdaşlıqdan çəkinmələrini istəyib.

Bu məqalənin dərc olunması ilə yanaşı qeyd etmək lazımdır ki, son aylarda Ərəbistanın daxili mediaları hər gün Suriyada öldürülən bir və ya neçə gəncin dəfn mərasimi ilə bağlı xəbər və kadrları nümayiş etdirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu