Tehranın nüvə məsələsi məntiqə əsaslanan dialoqla həll oluna bilər.
İranın milli təhlükəsizlik ali şurasının baş katibi Əli Şəmxani bu fikri səsləndirib.
Şəmxani cümə axşamı günü ( 20 fevral) ölkənin Əhvaz şəhərində jurnalistlərlə müsahibədə İranla Altılıq qrupunun nüvə danışıqlarına işarə edərək deyib : Əgər qarşı tərəfin İran xalqı ilə düşmənçiliyi və boş bəhanələri davam etsə onda nüvə məsələlərinin həlli ilə bağlı bu ölkənin 5+1 qrupu ilə əməkdaşlıqlar prosesini dayandırması mümkündür.