AsyaAzərbaycanXƏBƏRLƏR

Yeni müdafiə naziri də sabiq nazirin kursunu davam etdirir!

Hərbi ekspert, Doktrina” Mərkəzinin direktoru Cəsur Sümərinli general-polkovnik Zakir Həsənovun müdafiə naziri vəzifəsində gördüyü işləri sabiq nazir Səfər Əbiyevin kursunun davamı kimi qiymətləndirib.

Cəsur Sümərinli bildirib : “Zakir Həsənov 50-dən artıq orta və yüksək vəzifəli hərbi qulluqçunu ehtiyata göndərib və ya başqa vəzifəyə keçirib. Lakin bu kadrların Azərbaycan Silahlı Qüvvələrinə hər hansı fayda verəcəyinə inanmaq çox çətindir. Birincisi, bu kadrların əksəriyyəti sabiq nazir Səfər Əbiyevin yaxın adamları olublar və ordumuzdakı pis durumun ortaya çıxmasında, korrupsiya və rüşvətxorluğun tüğyan etməsində, əsgər ölümlərinin sayının artmasında onların da məsuliyyəti var. İndi həmin kadrları yenidən vəzifəyə gətirməklə orduda hansısa ciddi dəyişikliklərin olacağına inanmaq sadəcə sadəlövhlükdür.”
Sümərinli deyib : “Bu kadrlar arasında NATO standartlarına uyğun kimisə tapmaq çox çətindir və məlumatlara görə, onların hamısı sovet hərb sisteminin yetirmələridirlər. Azərbaycanda Silahlı Qüvvələrin quruculuğu ilə bağlı hər hansı strategiyası yoxdur. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinası Silahlı Qüvvələr quruculuğu perspektivi ilə bağlı aydın konturlar ortaya qoymursa, Strateji Müdafiə İcmalı deyilən mühüm sənədin müzakirəsi və qəbulu naməlum səbəblərdən gecikdirilirsə, onda hansı islahatlara ümid etmək olar? Sözsüz ki, orduda təmizləyici, aşpaz, sürücü və sair vəzifələrə mülki şəxslərin gətirilməsi ideyası yaxşıdır.”
NATO standartlarının tərəfdaşı olan Cəsur Sümərinlinin fikrincə, Azərbaycan Respublikası Müdafiə Nazirliyində həyata keçirilən islahatların məzmunu, perspektivlər barədə ictimaiyyətə dolğun məlumatın verilmir.
Qeyd etmək lazımdir ki, NATO Azərbaycan Respublikasına Dağlıq Qarabağı azad etməkdə hərbi gücdən istifadə etməyi qadağa edib.
Rəsmi Bakı 20 ildir NATO ilə əməkdaşlıq edir və Əfqanistanda NATO-ya yardımçı olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu