AsyaAzərbaycanDünyaXƏBƏRLƏR
Lökbatanda zəhərlənmədən bir nəfər öldü
Dünən axşam Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsi baş verib.
Onlarla insan müxtəlif dərəcədə zəhərlənib və bir ölüm halı qeydə alınıb.Dünyasını dəyişən şəxs Lökbatan qəsəbəsinin sakini, 45 yaşlı Natalya Məmmədovadır. Onun halı pisləşdikdə ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.