Bakının Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib.
Zəhərlənmiş şəxslərin klinikalara aparılması üçün təcili tibbi yardım maşınları xidmət göstərsə də, zəhərlənənlərin sayının çox olmasına görə çatdırmır.
Zəhərlənmənin səbəbinin qaza vurulan aderant maddəsinin lazım olan miqdardan artıq olması ehtimal olunur.
