Avro Zonanın birinci islam bankı Lüksemburgda təsis ediləcək.
GulfBusiness internet saytının məlumatına görə, avro zonanın “Eurisbank” adlı birinci islam bankı 60 milyon avroluq, ilkin sərmayə ilə işə başlayacaq.
Bu islam bankının Paris , Brüssel , Hollandiya və Frankfurt də filialı olacaq.
Aparılan araşdırmalara əsasən , avro zonanın birinci islam bankı olan bu bankın fəaliyyətləri, səmərəli olub əlavə gəlirlər gətirə bilər.
Son illər xüsusilə də qərbdə maliyyə böhranının yaranması ardınca islam maliyyə sisteminin sabitliyi və qazancı qərb ölkələrindən bir çoxunun diqqət mərkəzindədir. Belə ki , onları islam maliyyə seçimi və sənayesindən yararlanmağa təşviq edib.