DünyaÜMUMİXƏBƏRLƏR

Məhbus jurnalistin ifadələri

“Mən həbs olunanda 27-ci polis bölməsinin rəisi noutbukumu qarşıma qoyurdu. Deyirdi İranın əleyhinə sayta xəbər yerləşdir”. Bunu məhbus jurnalist Azadxəbər saytının baş redaktoru Nicat Əliyev məhkəmədə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadxeber ” saytının baş redaktoru, vicdan məhbusu Nicat Əliyevin ifadəsində bildirib ki, “Evrovision-2012” mahnı yarışı ərəfəsində keçrilməsi nəzərdə tutulan “gey parad”ın Azərbaycanda keçirilməsini pisləyən disklərlə əlaqədar tutulub 27-ci polis bölməsinə aparılıb.

Jurnalist bildirib : “ Polis bölməsində diskləri tanımadığım şəxsdən necə və hansı şəkildə aldığımı danışana qədər hər şey normal idi. Sonra isə mənim danışıdığımı əsas gətirəcək təhqir, təhdid və həqiqətən dözülməsi çox çətin olacaq işgəncələr başladı. İşgəncələrdən Allahım və özüm xəbərdaram. Bir sözlə həmin günü düşmənə verilməyəcək həddə min cür işgəncə veridi mənə”.

Nicat Əliyev əlavə edib : “Jurnalist olduğum bəlli olduqdan sonra üz-gözümdə ləkə qalmasın deyə üzümə vurmurdular. Rəisləri “kosmetika, kosmetika ” qışqıraraq öz quduzlaşmış itlərini cilovlayırdı. Nəzərinizə çatdırım ki, “kosmetika” sözü polis jarqonunda üzündə ləkə saxlamayın əmridir”.

Nicat Əliyev əlavə edib : “Məni beləcə xeyli müddət döydükdən sonra narkotika və silah arasında seçim qoydular. İkisindən birini seçib izahat yazmağımı tələb edirdilər”.

Məhbus journalist ifadəsində əlavə edib : “Əhməd adlı polis mayoru mənə bildirdi ki, cavansan 20 gündü ailə qurmusan özünə yazığın gəlsin. Gəl narkotik istifadəçisi izahatına qol çək yoxsa içalatını tökəcəklər, şikəst edəcəklər səni. Mənsə “mənlik” deyil deyəndə o, polisin “zapas” variantı olan bığla-saqqal arasında qoydu məni. Bildirdi ki, indi əməliyyat qruppası həbs olunduğun dükandan və yaşadığın mənzildə axtarış aparacaqlar. Əgər narkotika istifadəçisi kimi izahat yazmasam onda dükandan külli miqdarda qoyub çıxardacaqlar. Onda satıcılarda, müdirdə bədbəxt olacaq. Bunun edə biləcəklərinin mümkün olduğunu bilirdim. Çünki bu işi ilahiyyatçılara qarşı tətbiq edirlərsə deməli məndə bu haldan istisna deyiləm”.

Məhbus journalist İsrail məmuru tərəfindən də döyüldüyünü belə izah edib : “Sonra məni qara rəngli “PRADO” markalı maşına mindirərək apardılar. Maşın İsrail səfirliyinin qarşısında dayandı. Sürücü siqnal verdikdən sonra səfirlikdən bir nəfər çıxıb, gəlib həmin maşının sürücüsünün sağ tərəfində oturdu. 1-2 dəqiqəlik məni nəzərdən keçirdikdən sonra “Ben Laden budur?” -deyə soruşdu. Sürücü “bəli” deyə təsdiq etdikdən sonra həmin şəxs mənə nalayiq, pis küçə söyüşləri söyməyə başladı. Yanında oturan əməliyyatçı bir tərəfdən səfirlikdən çıxıb maşına əyləşən şəxsdə bir tərəfdən maşının içində məni döyməyə başladılar”.

Nicat Əliyev həmçinin bildirib : “Mənə polis bölməsində olanda deyirdilər ki, İranın adamısan. Mən tutulmamışdan qabaq dəfələrlə MTN-ə çağırılıb sorğu-sual edilmişəm. Onlarda etiraf edirdilər ki, mənim İrana və ya turana heç bir aidiyyatım yoxdu. Mən burdanda bildirirəm İrana və ya turana dəxlim yoxdu. Şəhid Mübarizin yolun gedirəm. Hətta mən həbs olunanda 27-ci polis bölməsinin rəisi noutbukumu qarşıma qoyurdu. Deyirdi İranın əleyhinə sayta xəbər yerləşdir. Deyirdim əlimdə heç bir əsas olmadan nəyinki İran, heç kim barədə yalan xəbər yerləşdirə bilmərəm. Bu mənim iş prinsipimə uyğun deyil”.

  • İlgili Makaleler

    Bir yanıt yazın

    E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

    Başa dön tuşu