Qırmızı Xaç Komitəsi ötən gün Mərkəzi Afrikanın paytaxtı Bangi şəhərində çıxan gərginliklər zamanı 300 nəfərin öldüyünü bildirib.
Qırmızı Xaç Komitəsinin Mərkəzi Afrikadakı ofisinin müdiri Antuan Mobau Buqo cümə günü axşam deyib: Qırmızı Xaç Komitəsinin işçiləri ötən iki gün ərzində Bangi şəhərində çıxan qanlı toqquşmalar zamanı həlak olan 281 nəfərin cəsədini toplayıb.
Antuan Mobau Buqo gecənin düşməsi ilə Qırmızı Xaç Komitəsi işçilərinin öz fəaliyyətlərini durdurduğunu elan edib.
Cümə axşamı günü Mərkəzi Afrikanın paytaxtı Bangi şəhərində silahlı qrupların hücum etməsi və onlarla Silka adlı keçmiş silahlı qiyamçılar arasında çıxan toqquşma hələ də davam edir.
