Cənubi Amerika ölkələri başçıları ayrı-ayrılıqda verdikləri bəyanatlarda Cənubi Afrikanın əfsanəvi mübariz lideri Nelson Mandellanın vəfatı ilə əlaqədar baş sağlığı veriblər. Venesuela isə ölkədə 3 gün matəm elan edib.
Venesuela prezidenti Nikolas Madoro bu xəbəri elan edərək, deyib: Nelson Mandellanın xatirəsini əzizləmək üçün Venesuela adından Simon Bolivar və Hüqo Çavesin diyarında 3 gün matəm elan etmək qərarına gəldim.
O daha sonra deyib: Nelson Mandella! Mübariz xalqlar Venesueladan sənə öz məhəbbətlərini bəyan edirlər.
Digər Latın Afrikası ölkələri başçıları da Mandellanın ölümünü təəssüflə yad edərək, onun yolunun davam etdiriləcəyinə ümidvar olduqlarını deyiblər.