Venesuela prezidenti bəzi ABŞ rəsmilərinin Venesuelaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı tələblərinə cavab olaraq, onları kəskin formada tənqid edib.
Venesuela prezidenti Nikolas Maduro Amerikalı konqresmenlərin bu istəyinə reaksiya olaraq deyib: Amerikada bəzi imperialist Siyasətçilərin tərəfindən səsləndirilən axmaq fikirlər cavaba belə layiq deyillər.
ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi Venesuelada hökumət ilə müxalif olanların hüquqlarının pozulmasında rolu olan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı bir layihə qəbul edib.
Bu layihə “Venesuelada demokratiya və insan haqlarını müdafiə qanunu” adlanır.
Venesuelada cari ilin fevral ayından başlanan hökumət əleyhinə etirazlar artıq kobudluğa çevrilib və indiyə kimi qırx iki nəfərin həyatını itirməsi ilə nəticələnib.