AfrikaDünyaXƏBƏRLƏR

“Mərkəzi Afrikada müsəlmanlarınin vəziyyəti dözülməzdir”

İnsan Haqları Gözətçisi Təşkilatı müsəlmanların Mərkəzi Afrika Respublikasındakı vəziyyətlərinin dözülməz olduğunu bildirdi.
Al-Afriqa İnformasiya Portalının verdiyi məlumata görə İnsan Haqları Gözətçisi Təşkilatının Təcili Yardımlar İdarəsinin sədri Piter Bokert Parisdə bu haqdakı müsahibəsi zamanı Mərkəzi Afrika Respublikasında Antibalaka yaraqlılarının hərəkətlərindən nəticələnən müsəlmanların acınacaqlı vəziyyətləri haqda təəssüflənərək, Antibalaka yaraqlılarının hərəkətlərini kəskin şəkildə pisləyib.
İnsan Haqları Gözətçisi Təşkilatının rəsmisi sonra deyib: paytaxt Bangidəki insani və təhlükəsizlik vəziyyəti cənub-qərb məntəqəsi xüsusiyyət təşkil etməklə dözülməzdir və ilk fürsətdə bu məntəqə müsəlmanlarının evakuasiya edilməsi üçün hərəkətlər həyata keçirilməlidir.
Mərkəzi Afrika Respublikasındakı firqələr arası qarşıdurmalar və aqressiv hərəkətlər ötən milad ilinin dekabr ayından şiddətlənibdir.
Mərkəzi Afrikada beynəlxalq qüvvələr, xüsusilə fransız qüvvələrin iştirak etmələrinə rəğmən , gərginliklər hər gün daha da artaraq, mülkilər, xüsusilə müsəlmanların qırğın edilməsi davam edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu