İranXƏBƏRLƏR

M. Əhmədinejad: Cənubi Parsda xarici inhisar sındırıldı

Bu gün səhər İran İslam Respublikasının prezidenti- Mahmud Əhmədinejadın iştirakı ilə ölkənin cənubundakı Cənubi Pars müştərək qaz yatağının 15 və 16-cı bloklarının neftayırma zavodunun işə salınması əməliyyatı başlanıb.

İran İslam Respublikasının prezidenti Cənubi Pars müştərək qaz yatağının 15 və 16-cı bloklarının neftayırma zavodunun işə salınması mərasimində deyib: İri xarici neft şirkətlərinin Cənubi Parsdakı inhisarı iranlı mütəxəssislər tərəfindən sındırılıbdır.
Mahmud Əhmədinejad söyləyib: Hazırda Cənubi Parsda həyata keçirilməkdə olan iş kompleksi İran və dünyada texniki və investisiya cəhətdən misilsizdir.
Əhmədinejad “İran nə üçün neft sənayesi layihələrini əvvəldən axıradək hazırlayıb işə salmaq ardıncadır?” sualının cavabında belə deyib: Bu məsələnin dəlili budur ki, bu gün iqtisadi və sənaye münasibətləri daha iqtisadi məsələlərdən asılı deyil və bu münasibətlərin təqribən yüz faizi siyasiləşibdir və daha dünyada azad bazarın mənası yoxdur.
Əhmədinejad vurğulayıb ki, dünyada müstəmləkəçilik hələ bitməyibdir. O, əlavə edib: Hələ də ölkələr və neft mənbələri silah gücünə müstəmləkəçi ölkələr tərəfindən alınır və xalqların əsilliyi tapdanır. Misal üçün, Afrikada bu qitədəki mədənlərin heç biri həmin qitədəki ölkələrin xalqlarının ixtiyarında deyil və hətta onlar qərb ölkələri tərəfindən istismar olunan özlərinin mədən resursları və məhsullarının miqdarından belə xəbərləri yoxdur.
15 və 16-cı bloklar Cənubi Pars qaz yatağının inkişaf etdirilməsi layihəsinin ən yerli blokları sayılırlar ki, onun icrası 2008-ci ildə başlanıb. Bu neftayırma zavodu ümumölkə qaz şəbəkəsinə gündə 50 mln. kubmetr təbii qaz vurmağa qadirdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu