Məhəmməd Mursinin müxaliflərinin geniş aksiyasından bir gün sonra Misir prezidenti vurğulayıb ki, qüdrətdən kənara çəkilməyəcək.
Məhəmməd Mursi Guardian qəzeti ilə müsahibədə bildirib ki, onun istefası Misirdə hökumətin zəifləməsi və hərc-mərcliyin yaranmasına səbəb olacaq.
O, həmçinin bildirib ki, Misirdə ikinci inqilab baş verməyəcək, lakin qeyd edib ki, dinc aksiya keçirmək xalqın haqqıdır.
Mursi həmçinin iddia edib ki, medialar onun müxaliflərinin aksiyalarını şişirdirlər və bu, onların Misir xalqının inqilabına olan düşmənçiliklərindən irəli gəlir.
Son günlər Məhəmməd Mursinin müxalif və müvafiqləri bu ölkənin təhlükəsizlik durumunu qarışdırıbdır.
Məhəmməd Mursinin iyunun 30-da hakimiyyətə gəlməsinin birinci ildönümündə onun müxalifləri Misirin müxtəlif şəhərlərində aksiyalar keçirərək, öz qüdrətlərini nümayiş etdiriblər.
Onlar 22 milyon imza toplayaraq, Məhəmməd Mursinin qüdrətdən kənara çəkilməsi və vaxtındanqabaq prezident seçkilərinin keçirilməsini istəyirlər.
Ordu qüvvələrinin Misirin paytaxtı- Qahirənin küçələrində yerləşmələrinə rəğmən, Həmdin Səbahinin rəhbərliyi altda Hüquq İtaətsizliyi Hərəkatı vurğulayıb ki, Məhəmməd Mursinin kənarlaşdırılacağı zamanadək dinc aksiyaları davam etdirəcək.
Etirazçılar iddia edirlər ki, Misir prezidentini himayə edən “Müsəlman Qardaşları” hərəkatı qüdrəti öz inhisarına almaq niyyətindədir.
Qahirədən şimalda yerləşən Nəsr şəhərində aksiya keçirərək, hazırkı hökumətin qanuniliyini müdafiə edən Mursinin müvafiqləri də müxalifləri Misirdə hərc-mərclik və çaxnaşma törətməkdə ittiham ediblər.
Misirin telekanalları müxaliflərin Qahirə və İsgəngəriyyə şəhərlərindəki aksiyalarını misilsiz adlandırıblar
Misirin 7 vilayətində Mursinin müxalifləri ilə müvafiqləri arasındakı toqquşmalarda indiyədək üç nəfər həlak olub və iki yüz nəfərə yaxın insan yaralanıbdır.