DNA analizi nəticəsində Livanda həbs edilən Ərəbistanlı terrorçu Macid əl-Macidin kimliyi öz təsdiqini tapıb.
Livanın LBC telekanalının məlumatına görə, Livan ordusu tərəfindən həbs edilmiş terrorçunun DNA-sı onun Abdullah İzam adlı terror dəstəsinin lideri, ərəbistanlı terrorçu Macid əl-Macid olduğunu təsdiq edir.
Livan ordusunun komandanlığı cümə günü bir bəyanat yayaraq, həbs olunmuş terrorçu Macid əl-Macidlə bağlı istintaq məxfi şəkildə aparılır.
Abdullah İzzam adlı terror dəstəsi İranın Beyrutdakı səfirliyi yaxınlığında baş vermiş terror aktının habelə, Livan Hizbullahının mühüm simalarından olan Hisan Hulu əl-Liqeysin terror edilməsinin məsuliyyətini öz üzərinə götürüb.
2013-cü il 19 noyabr tarixində İran İslam Respublikasının Beyrutdakı səfirliyi yaxınlığına baş vermiş iki partlayış zamanı 25 nəfər o cümlədən İran səfirliyinin mədəniyyət attaşesi İbrahim Ənsari şəhid olmuş, 150 nəfər isə yaralanmışdı.