Suriya prezidenti- Bəşşar Əsəd sionist İsrail rejiminin bu ölkə torpağına təcavüzündən sonda verdiyi ilk açıqlamada deyib: Dəməşq İsrailin təhlükəli hərəkətləri ilə mübarizə potensialına malikdir.
Bu açıqlamanı Bəşşar Əsəd çərşənbə axşamı günü İran İslam Respublikasının xarici işlər naziri- Əli Əkbər Salehi ilə Dəməşqdə görüşdə bildirib.
Əsəd deyib: Sionist rejim və Suriyada əhalini kütləvi şəkildə qırğın edən və qanlar axıdan ifratçı qruplaşmalar terrorizmin nəhs fenomeninin qollarıdırlar.
“Hal-hazırda terrorizmin kökünün məhv edilməsi sahəsində diqqəti cəlb edəcək nailiyyətləri əldə edən bu ölkə xalqı və ordusu İsrail rejiminin avantüraları qarşısında dayanıb və dayanacaqdır” –deyə Əsəd söyləyib.
Suriya prezidenti Suriya xalqı və hökumətinin bu böhranlı şəraitdə xarici və daxili fitnəkarlar qarşısında müqavimət göstərmələrinə səbəb olan bu ölkənin dost ölkələri, xüsusilə İran İslam Respublikasının himayə xarakterli mövqelərinə görə təşəkkürünü bildirib və bunu alqışlayıb.
Bu məlumata görə, İran xarici işlər naziri Suriya xalqı və siyasi quruluşunun ikiillik böhran cərəyanındakı müqavimətini alqışlayıb və deyib: Biz arxayınıq, Suriya uğur və qələbə ilə bu böhranı arxada qoyacaqdır.
Sionist rejimin Suriya torpağına qarşı cinayətkar hücumunu kəskin tərzdə pisləyən Salehi regionun təhlükəsizliyinə zərbə vurmaq məqsədilə törədilən sionistlərin müharibə siyasətləri qarşısında İran İslam Respublikasının Dəməşqə dəstəyini vurğulayıb.