DünyaXƏBƏRLƏR

Madriddə İspaniya polisi ilə müxalif aksiyaçılar arasında kəskin toqquşmalar baş verib

İspaniya paytaxtı Madrid şəhəri polislə bu ölkə hökuməti ilə müxalif olan aksiyaçılarla toqquşma səhnəsinə çevrilib.

Toqquşma müxaliflərin hakim partiya olan İspaniyanın Xalq Partiyasının ofisi önündə toplaşmasından sonra baş verib. Madridin küçələri və prospektlərində keçirilmiş bu aksiyalarda iştirak edənlər aksiyanın sonunda hakim partiya olan Xalq Partiyasının ofisi önündə toplaşaraq, Mariyano Raxoyun öz vəzifəsindən istefa verməsini istəyiblər.

Bu aksiyada iştirak edənlərdən olan Morta Morno deyib: Ümid edirəm ki, onlar istefa versinlər. Çünki bu, bizim ehtiyacımız olan yeganə şeydir. Biz daha bu minvalla davam etdirə bilmərik. İspaniya xalqı daha öz övladlarının yüksək miqdarda olan məktəb xərclərinin öhdəsindən gələ bilmir. Onlar hətta universitet xərclərini belə ödəməyə qadir deyillər. Biz vergilərin daha artıq artırılmasına dayana bilmərik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu