Makedoniyada uzun zaman davam edən siyasi böhran sona çatdı. Seçkilərdə ən çox oya sahib olan 4 partiya liderləri bir araya gələrək seçki tarixi üzərində razılaşdı.
Liderlər zirvəsində, seçkilərin keçirilməsi üçün bütün şərtlərin meydana gəldiyi ifadə edilərək 11 dekabrda seçkiyə gedilməsi qərarlaşdırıldı.
ABŞ Skopye səfiri Jess Baily və AB-nin Skopye Missiya Şefliyi nümayəndələrin iştirak etdiyi zirvədə VMRO-DPMNE, SDSM, BDI və PDŞ’nin liderləri Nikola Gruevski, Zoran Zaev, Əli Ahmeti və Menduh Taçi ədalətli və demokratik seçkilər üçün razılaşma mətninə imza atdılar.
Alınan qərara görə seçki tarixindən 100 gün əvvəl yəni 2 sentyabr tarixində müxalifət üzvlərinin də iştirak etdiyi müvəqqəti bir hökumət təsdiq olacaq. ABŞ Skopye səfiri Jess Baily, razılaşmanın ölkədə siyasi böhranın həlli üçün əhəmiyyətli bir addım olduğunu ifadə etdi.