İraqın Diyalə vilayətində terror əməliyyatının daha yeddi şəhidinin cənazəsi Xosrəvi sərhədi vasitəsi ilə İrana daxil olub.
IRIB müxbirinin məlumatına görə, İranın qərbində yerləşən Qəsri-Şirin şəhərinin icra hakimiyyəti sədrinin siyasi-ictimai şöbəsinin müavini- Nemətullah Nazpərvərde deyib: İran İslam Respublikasının rəsmiləri çərşənbə axşamı günü tibbi ekspertizalardan sonra İraqın Diyalə şəhərində terror əməliyyatının yeddi iranlı şəhidinin cənazəsini qanuni mərasimlə Xosrəvi sərhədində təhvil alıblar.
İranın Qırmızı Aypara Cəmiyyətinin yardımçıları bu yeddi iranlı şəhidin cənazəsini sonrakı mərhələlərin həyata keçirilməsi və doğulduqları məkana köçürülmək üçün Kirmanşaha köçürüblər.
Dekabrın on üçündə terrorçular İraqın şərqində yerləşən Diyalə vilayətində İran Qaz Şirkətinin işçilərinə hücum etdilər ki, nəticədə on beş İran vətəndaşı şəhid oldu.