AsyaDünyaXƏBƏRLƏR

Malayziyada 155 Uyğur qaçqın tutuldu

Çin zülmündən qaçaraq Malayziyaya gedən 155 Uyğur qaçqın bir ihbar üzərinə Malayziya polisi tərəfindən tutuldu

Malayziyanın paytaxtı Kuala Lumpurda bir ihbar üzərinə iki ünvana basqın edən təhlükəsizlik qrupları 155 qaçaq qaçqın tutdu.

Qaçqınların hamısı Uyğur, əksəriyyətini uşaq və körpələr təşkil edir. Malayziyalı səlahiyyətlilər, Uyğurların siyasi sığınacaq məqsədiylə Malayziyaya cənubdan qaçaq yollarla girdiyini ifadə etdi.

Baskın edilən ilk ünvanda kiçik bir dairədə 65 Uyğurun çox pis şərtlərdə saxlanarkən tutulduğu açıqlandı. Bu kəslərin 32i uşaq. İkinci ünvanda isə 44’ü uşaq 90 adam tutuldu.

Çinin nəzarətində olan Uyğur Muxtar Bölgəsində azlıq vəziyyətə düşən müsəlman uyğur türklərinə qarşı artan siyasi və ictimai təzyiq üzərinə, bölgə xalqı çarəni sınırdışına çıxmaqda tapır. Uyğurların digər ölkələrə çıxışına şiddətlə qarşı olan Pekin, digər ölkələrə qaçqınların geri qaytarılması üçün siyasi təzyiq tətbiq edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu