İran İslam Respublikası xarici işlər naziri regionun durumunu həssas bildirərək deyib: Müxtəlif ölkələrin əməkdaşlığı ilə terrorizmin genişlənməsinin qarşısının alınması uğrunda hərkət edilməlidir.
Əmmanda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İordaniya baş naziri Abdullah Əl-Nəsur ilə görüşdə İran hökumətinin xarici siyasət üzrə strategiyasını açıqlayaraq, regionda və dünyada ifratçılıq və dini fitnəçiliklə mübarizənin zğruriliyi üzərində təkid edib.
Zərif deyib: Region məsələlərı, o cümlədən Suriya tragediyası reallıq və tədbir yolu ilə çözülməlidir və illüziya əsaslanan hər bir addım reallıqlara əsaslanan çıxış yoluna heç bir yardım edə bilməyəck.
İran xarici işlər naziri İran ilə İordan arasında ikitərəfli münasibətlərdə yeni fəsilin açılmaqda olduğunu müsbət qarşılayıb.
Əl-Nəsur isə bu görüşdə iki ölkə arasındakı genişlənməkdə olan əlaqələrə toxunaraq Tehran – Əmman arasındakı əlaqələrin keçmişdən də artıq inkişaf etməsi üzərində təkid edib.
İordaniya xarici işlər naziri Yaxın Şərq dəyişiklikləri, o cümlədən İraq və Fələstin məsələlərinə toxunaraq deyib ki, regionda hər bir dincsizlik İordaniyaya inkaredilməz təsir buraxa bilər və terrorizm isə region xalqlarının düşməni sayılır.
İordaniya baş naziri İran İslam Respublikasının regionda təsirli və önməli ölkə olduğunu vurğulayıb.