Azərbaycan Milli Məclisinin sədri Suriya böhranının diplomatik yolla həll edilməsini vurğuladı
İslam Parlamentləri İttifaqının 9-cu iclasında iştirak etmək məqsədilə Tehranda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin spikeri Suriya və Fələstin böhranları üçün siyasi həll yolunu yeganə həll yolu adlandırıb.
Oqtay Əsədov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri ittifaqının 9-cu Tehran iclasında çıxışı zamanı deyib: Azərbaycanın bu iki ölkənin məsələləri müqabilindəki qəti mövqeyi siyasi həll yoludur.
O.Əsədov əlavə edib: İslam Əməkdaşlıq Təşkilatının qərarları təyin edilmiş məqsədlərə nail olmaqda yardımçı ola bilər və Azərbaycan İslam Dünyasında təhlükəsizliyin təsbit edilməsində qətiyyətli mövqeyə malikdir.
O daha sonra deyib: Biz, İslamın müsəlman ölkələri və müsəlmanlar arasında qardaşlıq və həmrəylik amili olduğuna inanırıq və bu böyük potensialdan hazırkı dövrdə üzləşdiyimiz çoxsaylı problemlər ilə mübarizədə istifadə etmək olar.