İran prezidenti Tehranda hüseynçi əzadarların tasua münasibəti ilə təşkil etdikləri əzadarlıq mərasimində iştirak edib.
Prezident Həsən Ruhani çərşənbə günü səhər çağı ( 9 məhərrəm ) Tehranın Təcriş meydanında Həzrət Saleh İbn Musa Əl-Kazim (ə)-ın müqəddəs ziyarətgahında 9 məhərrəm tasua günü münasibəti ilə keçirilən mərasimdə iştirak edib.
Prezident həmçinin İmamzadə Saleh (ə) pak ziyarətgahına qədəm qoymazdan öncə İranın şəhid nüvə alimləri və itkin şəhidlərinin məzarında onların ruhuna fatihə oxuyub , inqilab və müqəddəs müdafiə şəhidlərinin xatirəsini əziz tutub.
Bu gün çərşənbə 1435-ci hicri qəməri ili məhərrəm ayının 9-u və 2013-cü milad ili 13 noyabr yəni tasua günü Həzrət İmam Hüseyn (ə)-ın möhtərəm qardaşı Həzrət Əbülfəzl (ə)-ın anım günüdür.