Martın 24-də saat 21:25-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olmuş matros Hümbətov Əhməd Binnət oğlunun ölümü ilə bağlı başladılan istintaq naməlum səbəblərdən dayandırılması generalların təzyiqi nəticəsində olub.
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxdakı hərbi hissəsində ölən əsgər Elvin Niftizadənin bibisi oğlu, sabiq vicdan məhbusu Ülvi Quliyev deyib.
Ü.Quliyevin sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanları və DSX tərəfdən təzyiqlə üzləşən mərhumun ailəsi bu məsələ ilə bağlı danışmamaq qərarına gəlib: “Nə baş verir bilmirəm. Öldürülən əsgərin valideynləri də danışmamaq qərarına gəlib. Üstəlik, vaxtilə ailənin əsgərin döyülərək öldürülməsi ilə bağlı qaldırdığı məsələ ilə bağlı başladılan istintaq naməlum səbəbdən dayandırılıb. Bizə də heç bir məlumat verilmir”.
Qeyd etmək lazımdir ki, Orduda əsgər ölümləri barədə “Onlar yoxdur” videoçarx martın 24-də gecə saatlarında sosial şəbəkələrdə yayımlanıb ki, filmi Youtube-da bir neçə saat ərzində 5 mindən çox insan izləyib.
Filmin ssenaristi Aynur Zərintac deyib ki, son zamanlar əsgərlərin şübhəli ölümləri vətəndaş kimi onu çox narahat edir : “Son 3 ildə əsgər ölümləri ara vermir. Buna hərə bir cür etirazını bildirir.