Məsud Dehnəməkinin “Meraclılar”(Meraca yüksələnlər) filminin səhnə arxasında partlayış beş nəfərin həlak olmasına səbəb olub.
Bu partlayış nəticəsində beş nəfər həlak olub və üç nəfər yaralanıbdır. Həlak olanlardan biri, filmin kaskadyoru olubdur.
Bu partlayış Tehranda “Müqəddəs Müdafiə Kino Şəhərciyi”ndə bir avtomobilin yük yerində partlayıcı maddələrin daşınması nəticəsində baş verib.
Məsud Dehnəməki İran kinosunun tanınmış rejissorlarından biridir ki, onun “İxrac olunmuşlar-1” və “İxrac olunmuşlar-2” filmləri İranıın ən çox satılan kinofilmlərindən olubdur. Onun əksər filmlərinin janrı, Müqəddəs Müdafiədir. Onun filmlərində Müqəddəs Müdafiəyə satirik və fərqli baxışı onları çox pərəstişkarı olan filmlərə çeviribdir.
