AsyaAvropaDünyaXƏBƏRLƏR

Merkel ABŞ-ın təhqiramiz açıqlamalarını qınadı

Almaniya dövlətinin sözçüsü bildirib ki, bu ölkə kansleri Angella Merkel Avropa Birliyinin Ukrayna böhranındakı rolu barəsində Amerika rəsmilərinin təhqiramiz açıqlamalarını qəbuledilməz adlandırıb.

ABŞ Dövlət Departamentinin rəsmilərindən biri Viktoria Noland səs yazısı Youtube saytında yayımlanan müsahibədə Avropa Birliyinin Ukraynada siyasətin yeridilməsi strategiyası barəsində ABŞ-ın bu ölkədəki səfirinə deyib ki, “Avropa Birliyinə lənət”
Almaniya dövlətinin sözçüsü Kristian Verts deyib: Merkel Ukrayna prezidenti Viktor Yanukoviçlə bu ölkə müxalifləri arasında vasitəçilik məsuliyyətini üzərinə götürən Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Katrin Aştonun əməyini alqışlayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu