
Rusiyanın Çelyabinsk bölgəsində meteorun düşməsi nəticəsində bu ölkəyə bir milyard rubl (təxminən 33 milyon dollar) maliyyə xəsarəti dəyib.
Rusiyanın Çelyabinsk vilayətinin valisi Mixali Yuriyeviç deyib: Uralskaya Molniya buz evi daha çox xəsarət görüb və ona dəyən xəsarətin dəyəri təxminən 200 milyon rubldur.
Çelyabinsk vilayətinin idman və turizm naziri Yuri Serberyanski də deyib: Bu xəsarət səbəbinə görə evi 1,5-2 ay müddətinə bağlamaq və bütün yarışları ləğv etmək lazımdır.
Bundan əlavə 93 xəstəxana və müalicə mərkəzi və 21 bina, o cümlədən bağçalar və qocalar evinə xəsarət dəyib.
Həmçinin meteorun bolidlərinin Rusiyanın Çelyabinsk vilayətinə düşməsi nəticəsində 1200 nəfər yaralanıb.
Vilayətin Səhiyyə Nazirliyi rəsmiləri bildiriblər: 1200 nəfər tibbi xidmətlər üçün müraciət ediblər. Onlardan 48 nəfəri, o cümlədən 13 uşaq xəstəxanalarda yatırılıb və həkimlərin sözlərinə görə ikisinin vəziyyəti ağırdır.
İnsanlar əsasən müxtəlif sınıq, baş yarası və digər nahiyələrdən yaralanıblar.