Sionist rejim ordusu, Suriyada yaralanan ən az 2 min terroristi müalicə etdiyini etiraf etdi.
İRİB’in bildirdiyinə görə Sionist rejim ordusu Golan briqada komandir köməkçisi baha Aliya, Suriyalı yaralı terroristlərin sığınacaq axtaran şəxslər olduğunu iddia edərək, “İsrail söz mövzusu kəslərin mahiyyətinə əmin olmanın ardından, insanlıq vəzifəsi uyğun olaraq onları müalicəyə edir” kimi bir iddiada bulundu.
Sionist rejim ordu səlahiyyətlisinin iddiaları, İngiltərə qəzetlərindən Daily Mailin bir neçə gün əvvəlki xəbərində Suriya hökumətinə qarşı döyüşən terrorçuların işğal edilən torpaqlarda müalicə gördüyünə dair xəbərindən bir neçə gün sonra gündəmə gəlir.
Bu arada Fələstin qaynaqları da, işğal torpaqlarında müalicə görən terroristlərin daha sonra Suriya sərhədində yerləşən vasitələrlə təkrar döyüş meydanlarına aparıldığını ifadə etdi.
Daily Mail bir müddət əvvəl, Golan təpələrində Sionist güclərin tekfirci terroristləri müalicə etdiyini göstərən video bantı nəşr etdi.
Xəbər saytı, “Tel Aviv, Suriyadakı hökumət əleyhdarı terroristlərə tibbi yardımın yanında, onlara hərbi və təchizat yardımı da təmin edir” deyə yazmışdı