Tehranın cümə namazı xətibi İran xalqının Səddam rejiminin İran xalqına qəbul etdirdiyi səkkiz illik müharibə dövründəki müqəddəs müdafiəsinin bəşəriyyət tarixində misli görünməmiş bir mahiyyətə malik olduğunu bildirib.
Ayətullah Məhəmməd İmami Kaşani müdafiənin dünyada müxtəlif növlərə malik olduğunu, bəzən sərhədləri, ölkə ərazisini qorumaq və ya ölkələri fəth etmək üçün olduğunu deyərək, İran xalqının müqəddəs müdafiəsini İslam və Allah yolunda addımlamaq adlandırıb.Səhər kanalının məlumatına görə, Tehranın cümə namazı xətibi İranın gənc və qeyrətli övladlarının bu müqəddəs müdafiədə öz qanlarını Allah yolunda fəda etməklə müqəddəs İslam Respublikası quruluşuna başıucalıq gətirdiklərini, ölkənin müstəqilliyi, ərazi bütövlüyü və izzətini qoruduqlarını bildirərək, deyib: Onlar Allah ilə müamilə etmiş oldular.
Ayətullah İmami Kaşani həmçinin, İran İslam Respublikası prezidentinin BMT Baş Assambleyasının altımış səkkizinci illik sesiyasındakı güclü və məntiqli çıxışını İran xalqının məzlumluluğunun bəyan edilməsi adlandırıb və deyib: Hegemonçu qüdrətlər, xüsusilə də Amerika ötən otuz beş ildə İran xalqına zülm ediblər.
Ayətullah İmami Kaşani ABŞ prezidentinin BMT-nin Baş Assambleyasındakı çıxışına və onun “Vaşinqton İran İslam Respublikası quruluşunu devirmək ardınca deyil” deməsinə işarə edərək, bu sözləri bir növ “lovğalıq” adlandırıb və deyib: İslami bir quruluş, İslami mahiyyətə malik olan bir quruluş devrilməzdir.
