AzərbaycanXƏBƏRLƏR

Rəsmi Bakının dəniz təhlükəsizliyi strategiyası!!

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun 33-cü görüşünün keçirilməsi ilə bir vaxtda rəsmi Bakı qeyri adı bir hərəkətdə dəniz təhlükəsizliyi mühiti üçün təhdid doğuran amillərdən çıxış edib.

Prezident İlham Əliyevin sentyabrın 11-də imzaladığı “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası” sərəncamda 9 xarici və 8 daxili təhdid ehtimalı əksini tapıb.

Sərəncamda əsas xarici təhdidlər olaraq, Xəzəryanı dövlətlərin hərbi-dəniz imkanlarının artması, qüvvələr və döyüş imkanları balansının Azərbaycanın xeyrinə olmayan şəkildə dəyişməsi, Azərbaycanın daxili işlərinə xaricdən istənilən potensial müdaxilə, təbii ehtiyatlarına və dəniz kommunikasiya xətlərinə çıxış və istifadə imkanlarının məhdudlaşması kimi amillər də Azərbaycana qarşı olan təhdidlər qismində qeyd olunub!

Prezident İlham Əliyevin sərəncamında əsas daxili təhdidlərə isə terrorçu qrupların niyyətləri kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması, terror təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti, dənizdə qeyri-qanuni daşımalar, qaçaqmalçılıq və insan alveri, qeyri-qanuni balıq ovu və sərvətlərdən qeyri-qanuni istifadə göstərilib.

Sənəddə qeyd olunub ki, Dəniz Təhlükəsizliyi Strategiyası Azərbaycanın dənizdə təhdidlərin bütün spektrinə qarşı Xəzəryanı dövlətlərlə birgə və razılaşdırılmış fəaliyyət göstərməyə hazır olduğunu bildirir.

Rəsmi Bakı Xəzər dənizinin hüquqi statusunun beynəlxalq hüquq normalarına, beynəlxalq dəniz hüququ normalarına və prinsiplərinə riayət etməklə və bütün Xəzəryanı dövlətlərin maraqlarına və mövqelərinə hörmətlə yanaşmaqla təyin edilməsinin tərəfdarı olduğunu bəyan edib.

Qeyd edək ki, rəsmi Bakı son illərdə sionist rejim ilə silah müqavilələri əsasında bu rejimin Xəzər dənizinə ayaq açmasına və hərbi nüfuz etməsinə zəmin yaradıb. Rəsmi Bakı sionist rejimin istehsalı olan Qabriyel-5 adlı gəmi vuran raketlər Xəzər dənizində yerləşdirib ki, bunun istifadəsi bəhanəsi ilə sionist rejimin hərbi mütəxəssisləri də Azərbaycan Respublikasının Xəzər dənizindəki hərbi bazalarında yerləşdiriliblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu