Misirin Daxili İşlər Nazirliyi şənbə günü bu ölkə televiziyası vasitəsilə bir bəyanat yayaraq, vəzifəsindən kənarlaşdırılmış prezident Məhəmməd Mursinin tərəfdarlarından etiraz aksiyalarına son vermələrini istəyib.
Bəyanatda deyilir: Mursinin tərəfdarlarının öz etiraz aksiyalarını dinc və sakit formada yekunlaşdırmaları Müsəlman Qardaşlarının siyasət səhnəsinə qayıtmasına kömək edəcək.
Misirin Daxili İşlər Nazirliyi həmçinin, xəbərdarlıq edib ki, etiraz aksiyalarının davam edəcəyi təqdirdə Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına qarşı qanuni tədbirlər görməyə məcbur olacaq.
Misir ordusunun prezident Məhəmməd Mursiyə qarşı dövlət çevrilişi ilə müxalif olanlar artıq bir müddətdir ki, paytaxt Qahirənin Ədəviyyə meydanında etiraz aksiyası keçirirlər.