nın Böyük Rəhbəri vurğulayıblar: Beynəlxalq ictimaiyyətin reallıqları -ın tələblərinə əsasən irəliləmir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 1393-cü günəş ilinin ilk günündə Müqəddəs Məşhəd şəhərində verdikləri bəyanatda Həzrət İmam Rzanın (ə) milyonlarla zəvvarı qarşısında buyurublar: Beynəlxalq imperializm, xüsusilə də ABŞ-ın İran, Fələstin, Suriya, İraq və Əfqanıstanda arxasınca olduğu məsələ heç vaxt reallaşmadı və bundan sonra da reallaşmayacaq.
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Amerika Fələstini bir yəhudi ölkəsinə çevirmək üçün çox çalışdı. Yəni hər bir fələstinli, istər müsəlman, istərsə də xristian bu diyarda yaşamaq imkanına malik olmasın. Lakin bu sahədəki bütün planları boşa çıxdı və bu səylər gələcəkdə də heç bir nəticə verməyəcək.
“İran xalqı özünü gücləndirməlidir ki, düşmənlərin zor-gücü ilə üzləşməsin” deyən İnqilab Rəhbəri bildiriblər: Əgər bir xalq güclü olmazsa, bac alanlar ondan bac alacaq və ona hücum və hörmətsizlik edəcəklər.
Xalqın güclü olmasının yalnız döyüş silahları ilə olmadığını qeyd edən İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Üç ünsür, iqtisadiyyat, mədəniyyət və elm bir ölkədə olarsa, o ölkə güclənir.
Həzrət Ayətullahülüzma Xamenei vurğulayıblar: İqtisadiyyat sahəsində əgər İran xalqı öz iradəsini nümayiş etdirərsə və əl-ələ verərsə, iqtisadiyyatı çiçəkləndirə bilər və düşmənlər tərəfindən sanksiyaların ləğv olunmasını artıq gözləməz.
İslam İnqilabının Böyük Rəhbəri mədəniyyəti iqtisadiyyatdan daha önəmli adlandıraraq xatırladıblar: Mədəniyyət nəfəs aldığınız hava mənasındadır. Əgər bu hava təmiz olarsa, bir əsəri, əgər çirkli olarsa başqa təsiri vardır.
İslami İranın güclənmək üçün çoxlu istedad, imkan və potensiallara malik olduğunu vurğulayan İnqilab Rəhbəri deyiblər: İran xalqı milli iqtidara doğru hərəkət edir və çoxlu yolu keçmişdir. Buna əsasən 1393-cü ilin bütün xəritəsi iki əsasda, milli iradə və cihadi idarəçiliklə iqtisadiyyat və mədəniyyətdə özünü əks etdirəcəkdir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin İran xalqının ötən ilki prezident seçkiləri və 22 bəhmən yürüşündəki qəhrəmancasına əzəmətli iştirakına toxunaraq əlavə ediblər: Bu siyasi qəhrəmanlıqların yaranmasında xalqın əzəmətli iştirakının mənası budur ki, ölkədə dini demokratiya təsbit olmuş və bünövrəsi qoyulmuşdur.
İnqilab Rəhbəri ötən ildə İran xalqına qarşı amerikalıların ədəbsiz və təhqiramiz ritorikası barəsində də bildiriblər: İran xalqı var-gücü ilə İran İslam Respublikasının quruluşu və öz inqilabına bağlıdır və bu da İran xalqının İslam Respublikası düşmənlərinin düşmənçilik və şeytanlıqları qarşısında həssaslıq və qeyrətinin göstəricisidir.