AsyaDünyaFələstinXƏBƏRLƏR

Londonda sionist rejim səfirliyi qarşısında etiraz aksiyası

Sionist rejimin cinayətlərinin müxalifləri bu rejimin Londondakı səfirliyi qarşısında aksiya keçiriblər.

Bu aksiyaçılar sionist İsrail rejiminin Qəzzədə irimiqyaslı və qanlı əməliyyatının 5-ci ildönümü ilə əlaqədar bu etiraz aksiyasını keçiriblər.

Etirazçılar şüarlar səsləndirərək və plakatlar daşıyaraq sionist rejim başçılarından Qəzzə zolağının mühasirəsi və bu bölgəyə hücuma son qoymalarını istəyiblər.

Aksiyaçılar həmçinin sionist rejimin fələstinlilərə qarşı cinayətləri, o cümlədən fələstinli uşaqların tək kameralı həbsə atılmasını pisləyiblər.

Etirazçılar həmçinin beynəlxalq ictimaiyyət, o cümlədən İngiltərə hökumətindən Qəzzə zolağının mühasirəsinə son qoyulması istiqamətində İsrail rejiminə daha artıq təzyiqin göstərilməsini tələb ediblər.

Bu aksiyada İngiltərə parlamentində fələstinlilərin tərəfdarı olan bir neçə deputat da iştirak edib. Bir neçə hüquq və insan haqları təşkilatı, o cümlədən fələstinlilər üçün ədalət tərəfdarı olan yəhudilər də aksiyada iştirak ediblər.

Qeyd etmək lazımdır ki, Qəzzə zolağı 2007-ci ildən sionist rejimin mühasirəsindədir və ərzaq məhsulları və dərman preparatlarının bu bölgəyə daxil olmasının qarşısını alır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu